Redmi Note 13 smartfon seriyasına minimum 5 model daxil olacaq

Redmi Note 13 smartfon seriyasına minimum 5 model daxil olacaq

Mobil Cihazlar
07.09.2023 PAYLAŞIM

    Artıq heç kim üçün sirr deyil ki, Xiaomi-nin Redmi brendi Redmi Note 13 smartfon seriyasının təqdimatına hazırlaşır. İndi isə insayderlər bu seriyaya hansı modellərin daxil olacaqlarını açıqlayıblar. Beləliklə insayderlərin sözlərinə əsasən sözügedən smartfon seriyasına minimum 5 smartfon daxil olacaq. Redmi Note 13 4G, Note 13 5G, Note 13 Pro 5G, Note 13 Pro+ 5GNote 13 Turbo. Məlumatda qeyd edilib ki, Redmi Note 13 4G modeli iki versiyada təqdim olunacaq. Onlar öz aralarında NFC çipinin mövcudluğu ilə fərqlənəcəklər. Şirkət Redmi Note 13 4G-ni Türkiyə, İndoneziya və Avropada satmağı planlaşdırır.

    Redmi Note 13 5G modeli MediaTek prosessoru vasitəsilə çalışacaq və üçlü arxa kameraya sahib olacaq. Bu modelin satışa çıxacağı regiondan asılı olaraq onun əsas arxa kamerası fərqli (50 MP, 64 MP, 108 MP) olacaq. Bununla yanaşı bəzi ölkələrdə Redmi Note 13 5G POCO brendi altında satışa çıxacaq. Redmi Note 13 Pro 5G smartfonu da MediaTek prosessoru vasitəsilə çalışacaq və özündə Samsung-un ISOCELL HP3 adlı 200 MP-lik əsas arxa kamerasını birləşdirəcək. 200 MP-lik kameradan əlavə olaraq smartfon 8 MP-lik və 2 MP-lik kameralara sahib olacaq.


    Smartfonun ön kamerası isə 16 MP-lik olacaq. Redmi Note 13 Pro+ 5G modelinə gəldikdə isə o, Redmi Note 13 Pro 5G-nin yaxşılaşdırılmış versiyası olacaq. Lakin Redmi Note 13 Pro+ 5G modelinin texniki göstəriciləri barəsində heç bir məlumat verilməyib. Seriyanın ən flaqman modeli Redmi Note 13 Tubo olacaq. O, Redmi Note 13 Pro 5G-nin əsas arxa kamerasını əldə edəcək və Snapdragon prosessoru vasitəsilə çalışacaq.



DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×