
REDMI Note 14 4G smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
06.01.2025
Emil
Xiaomi-nin REDMI brendi keçən il REDMI Note 14 5G smartfonunu təqdim etmişdi. İndi isə sözügedən smartfonun 4G versiyası təqdimata hazırlaşır. Məlum olub ki, REDMI Note 14 4G smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən bu yeni smartfon MediaTek Helio G99 Ultra prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində təsdiqlənib REDMI Note 14 4G qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 732 xal, çox nüvəli testi çərçivəsində isə 1976 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

WhatsApp-ın iPad versiyası rəsmi şəkildə istifadəyə verilib
