main-post-cover

    Redmi Note 14 Pro-nun ilk render fotosu təqdim edilib

    Cihazlar+
    16.08.2024
    Emil Nəcəfov
         Heç kim üçün sirr deyil ki, Xiaomi-nin Redmi brendi payız fəslində Redmi Note 14 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Redmi Note 14 Pro olacaq. İndi isə Techboilers saytı Redmi Note 14 Pro-nun ilk render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoda smartfonun arxa paneli əks olunub. Render fotoya əsasən smartfon yastı gövdə dizaynını əldə edəcək və onun arxa panelində dairəvi formada böyük ölçülü kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 3 ədəd obyektiv və LED işıqlandırma yerləşəcək. Bəzi məlumatlara əsasən smartfon özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Son məlumatlara əsasən Redmi Note 14 Pro 1.5K keyfiyyətli OLED ekranı əldə edəcək və Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi MIX Flip-in qlobal versiyası şirkət saytında ortaya çıxıb
    xiaomi-mix-flip-in-qlobal-versiyasi-sirket-saytinda-ortaya-cixib
    Xiaomi 14T və 14T Pro smartfonları artıq bu ay təqdim oluna bilərlər
    xiaomi-14t-ve-14t-pro-smartfonlari-artiq-bu-ay-teqdim-oluna-bilerler
    Xiaomi 15 Pro-nun ilk render fotoları təqdim edilib
    xiaomi-15-pro-nun-ilk-render-fotolari-teqdim-edilib
    Xiaomi Smart Band 9-un qlobal versiyasının çıxış tarixi ilə satış qiyməti məlum olub
    xiaomi-smart-band-9-un-qlobal-versiyasinin-cixis-tarixi-ile-satis-qiymeti-melum-olub
    Redmi brendi flaqman imkanlara sahib kompakt ölçülü yeni planşet hazırlayır
    redmi-brendi-flaqman-imkanlara-sahib-kompakt-olculu-yeni-planset-hazirlayir