
Redmi Note 14 smartfon seriyasının konkret təqdimat tarixi rəsmi şəkildə açıqlanıb
Cihazlar+
23.09.2024
Emil
Xiaomi-nin Redmi brendi bir neçə müddət bundan öncə rəsmi şəkildə bildirdi ki, Redmi Note 14 smartfon seriyası bu ayın sonunda təqdim ediləcək. Lakin konkret təqdimat tarixi açıqlanmamışdı. İndi isə Redmi brendi Redmi Note 14 smartfon seriyasının konkret təqdimat tarixini elan edib. Beləliklə təqdim edilmiş posterə əsasən Redmi Note 14 smartfonları 26 sentyabr tarixində Çində təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, bu yeni seriyaya minimum 3 model daxil olacaq. Redmi Note 14, Redmi Note 14 Pro və Redmi Note 14 Pro+. Çox güman ki, bu smartfonların qlobal versiyaları gələn ilin birinci yarısında təqdim olunacaqlar.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
