Logo
    main-post-cover

    Redmi Note 14 smartfonları qlobal bazarda gözlənildiyindən daha tez satışa çıxacaqlar

    Cihazlar+
    06.11.2024
    Emil
         Xiaomi-nin Redmi brendi sentyabr ayının sonunda Redmi Note 14 smartfonlarını təqdim etmişdi. Sözügedən smartfonların qlobal versiyalarının gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilirdi. Lakin məlum olub ki, Redmi Note 14 smartfonlarının qlobal versiyaları gözlənildiyindən daha tez təqdim olunacaq. Xiaomi bunu rəsmi şəkildə təsdiqləyib. Şirkət bildirib ki, smartfonların qlobal versiyaları ilin sonuna kimi təqdim olunacaqlar.
         Qeyd etmək lazımdır ki, bu seriyaya 3 model daxildir. Redmi Note 14, Note 14 ProNote 14 Pro+. Şirkət adları sadalanmış bu smartfonların qlobal versiyalarının hansı tarixdə satışa çıxacaqlarını açıqlamayıb. Lakin bəzi mütəxəssislərin fikirlərinə əsasən bu, 26 dekabr tarixində baş tuta bilər. Qeyd etmək lazımdır ki, Redmi Note 14 modeli MediaTek Dimensity 7025-Ultra prosessoru, Redmi Note 14 Pro modeli MediaTek Dimensity 7300 Ultra prosessoru, Redmi Note 14 Pro+ modeli isə Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışır.
    Paylaş