Logo
    Redmi Pad Pro planşeti qlobal bazarda POCO brendi altında satışa çıxacaq

    Redmi Pad Pro planşeti qlobal bazarda POCO brendi altında satışa çıxacaq

    Cihazlar+
    16.04.2024
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin POCO brendi öz ilk planşeti üzərində çalışır. İndi isə sözügedən planşet barəsində yeni məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən POCO-nun ilk planşeti Redmi brendinin yenicə satışa çıxmış Redmi Pad Pro planşetinin kopyası olacaq. Bu isə o deməkdir ki, POCO-nun ilk planşeti Redmi Pad Pro-nun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq. Burdan belə nəticəyə gəlmək olar ki, POCO planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı, Snapdragon 7s Gen 2 prosessorunu və 33 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyanı əldə edəcək. POCO-nun ilk planşetinin nə zaman təqdim olunacağı bilinmir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi Pad Pro planşeti qlobal bazarda POCO brendi altında satışa çıxacaq