Logo
    main-post-cover

    REDMI Turbo 4-ün hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    24.12.2024
    Emil
         Dünən MediaTek şirkəti Dimensity 8400 adlı yeni subflaqman prosessorunu təqdim etdi. Sözügedən prosessorun təqdimatı çərçivəsində Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI Turbo 4 smartfonunun təqdim olunacağı təsdiqlədi. Bununla yanaşı brend bu yeni smartfonun hansı prosessoru əldə edəcəyini də açıqladı. Beləliklə REDMI-nin rəsmi elanına əsasən REDMI Turbo 4 smartfonu MediaTek-in hələ təqdim olunmamış Dimensity 8400 Ultra prosessoru vasitəsilə çalışacaq.
         Çox güman ki, bu prosessor Dimensity 8400-ün daha təkmilləşdirilmiş versiyası olacaq. Rəsmi məlumata əsasən Dimensity 8400 Ultra prosessorunun hazırlanması prosesində 3 təmsilçi iştirak edib. REDMI, MediaTek və Arm. Bundan əlavə olaraq Dimensity 8400-ün təqdimatı çərçivəsində REDMI brendi təsdiqləyib ki, REDMI Turbo 4 smartfonu 3D soyutma sisteminə sahib olacaq və HyperOS 2.0 vasitəsilə çalışacaq.
    Paylaş