
Redmi Watch 5 Lite smart saatının təqdimatı anons edilib
Cihazlar+
20.09.2024
Emil
Xiaomi-nin Redmi brendi yeni smart saatının təqdimatını anons edib. Söhbət, Redmi Watch 5 Lite-dan gedir. Təqdim edilmiş posterə əsasən sözügedən yeni smart saat 25 sentyabr tarixində təqdim ediləcək. Redmi brendi təsdiqləyib ki, bu yeni smart saat 1.96 düym ölçülü AMOLED ekranla təchiz olunacaq və özündə 5ATM standartı üzrə sudan qorunma özəlliyini birləşdirəcək. Bu isə o deməkdir ki, smart saat 50 metr su dərinliyinə dözə biləcək. Redmi Watch 5 Lite üstəlik GPS-ə və Amazon Alexa səsli köməkçisinin dəstəyinə sahib olacaq.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
