main-post-cover

    RƏSMİ: Nothing Phone (3) bu il təqdim edilməyəcək

    Cihazlar+
    06.06.2024
    Emil Nəcəfov
         Nothing şirkətinin yaxın zamanda Nothing Phone (3) smartfonunu təqdim edəcəyi gözlənilirdi. Lakin şirkətin CEO-su olan Carl Pei bildirib ki, bu il Nothing Phone (3) təqdim olunmayacaq. Beləliklə şirkət öz yeni smartfonunu təxirə salıb. Carl Pei bildirib ki, süni zəka sahəsindəki son nailiyyətləri nəzərə almaqla şirkət növbəti smartfonunu daha düzgün şəkildə hazırlamaq istəyir. Pei əmindir ki, süni zəkanın smartfonlara inteqrasiyası perspektivli gələcəkdir və onun komandası bu istiqamətdə yeni deyil, inqilabi olacaq bir cihaz hazırlamaq arzusundadır.
         Onun sözlərinə əsasən Nothing şirkəti süni zəkadan istifadə üçün nəzərdə tutulmuş əsas cihaz rolunda smartfonun olması konsepsiyası üzrə istiqamətlənib. Nothing Phone (3)-ün dəqiq şəkildə nə zaman təqdim olunacağı barəsində məlumat verilməsə də çox güman ki, bu, gələn il baş tutacaq. Beləliklə burdan da belə qənaətə gəlmək olar ki, şirkətin bir neçə gün bundan öncə yeni məhsulu barəsində paylaşmış olduğu tizer fotosu əslində onun CMF adlı subbrendinin ilk smartfonuna aid imiş. Söhbət, CMF Phone (1)-dən gedir. Onun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing şirkəti öz yeni cihazının ilk tizer fotosunu bölüşüb
    nothing-sirketi-oz-yeni-cihazinin-ilk-tizer-fotosunu-bolusub
    Nothing-in CMF subbrendinin ilk smartfonunun əsas texniki imkanları açıqlanıb
    nothing-in-cmf-subbrendinin-ilk-smartfonunun-esas-texniki-imkanlari-aciqlanib
    Nothing-in CMF subbrendi öz yeni smart saatı üzərində çalışır
    nothing-in-cmf-subbrendi-oz-yeni-smart-saati-uzerinde-calisir
    Nothing-in CMF subbrendinin ilk smartfonunun satış qiyməti açıqlanıb
    nothing-in-cmf-subbrendinin-ilk-smartfonunun-satis-qiymeti-aciqlanib
    Nothing-in CMF adlı subbrendinin ilk smartfonu barəsində yeni məlumatlar verilib
    nothing-in-cmf-adli-subbrendinin-ilk-smartfonu-baresinde-yeni-melumatlar-verilib