Logo
    main-post-cover

    Ring Flock inteqrasiyasını dayandırdı

    Cihazlar+
    13.02.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Amazon-a məxsus Ring ictimai narazılıq və kəskin tənqidlərdən sonra nəzarət texnologiyaları ilə məşğul olan Flock Safety ilə planlaşdırılan inteqrasiyanı rəsmi şəkildə ləğv etdiyini açıqlayıb. Şirkət bloqunda yayımlanan açıqlamada bildirilib ki, planlaşdırılan inteqrasiya gözləniləndən daha çox vaxt və resurs tələb edəcəkdi. Bu səbəbdən tərəflər birgə qərarla layihəni dayandırıblar. Ring xüsusi olaraq vurğulayıb ki, inteqrasiya heç vaxt aktiv edilməyib və heç bir istifadəçi videosu Flock-a ötürülməyib.
        Son həftələrdə Ring-in Flock ilə əməkdaşlığı sosial şəbəkələrdə ciddi reaksiyaya səbəb olmuşdu. Bəzi istifadəçilər hətta etiraz əlaməti olaraq Ring kameralarını sındırmağa və ya cihazlarını tullamağa çağırış edirdilər. Narazılığın əsas səbəbi Flock-un məlumat şəbəkəsinə ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) daxil olmaqla federal qurumların çıxış əldə etməsi ilə bağlı iddialar idi.
        Sosial mediada Ring-in ICE ilə birbaşa əməkdaşlıq etdiyi iddia olunsa da, şirkət bu məlumatların doğru olmadığını bildirib. Ring-in açıqlamasına görə, Flock inteqrasiyası heç vaxt işə düşmədiyi üçün belə bir məlumat ötürülməsi baş verməyib.
    Paylaş