Logo
    main-post-cover

    Ring-in AI funksiyası insanları izləmək üçün istifadə oluna bilərmi?

    Cihazlar+
    19.02.2026
    Ilhama
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Amazon-a məxsus Ring şirkəti yenidən ictimai tənqidlərin mərkəzinə düşüb. Səbəb isə “Search Party” adlı süni intellekt əsaslı funksiyadır.
    Ring unveils first-ever 4K security cameras and AI feature that helps  families find lost pets
        Bu funksiya ilkin olaraq itmiş ev heyvanlarını tapmaq üçün təqdim edilib. İstifadəçilər qonşuların Ring kameralarından əldə olunan görüntülər vasitəsilə itmiş iti axtara bilirlər. Lakin texnologiyanın imkanları daha genişdir və bir çox ekspertlər hesab edir ki, eyni sistem insanların izlənməsi üçün də istifadə oluna bilər. 404 Media-nın yaydığı məlumata görə, Ring-in qurucusu və CEO-su Jamie Siminoff 2025-ci ilin oktyabrında əməkdaşlara göndərdiyi daxili e-məktubda bu texnologiyanın gələcəkdə daha geniş məqsədlər üçün istifadə oluna biləcəyini qeyd edib.
        Siminoff yazıb ki, “Search Party ilə yaratdığımız baza gələcəkdə missiyamızın təsirini tam reallaşdıracaq ən vacib texnologiyalardan birinə çevrilə bilər” və hətta “məhlələrdə cinayəti sıfırlamaq” vizyonundan bəhs edib. Rəsmi şəkildə insanların izlənəcəyi açıq deyilməsə də, “ilk olaraq itlər üçün” ifadəsi gələcək planlarla bağlı suallar yaradıb.
    Paylaş