Rockstar GTA VI üçün yeni geniş təqdimatın tarixini açıqladı
Rockstar Games uzun müddətdir gözlənilən Grand Theft Auto VI (GTA VI) ilə bağlı yeni təqdimatın tarixini açıqlayıb. Şirkət avqustun 27-də oyuna həsr olunmuş "Extended Look" adlı xüsusi təqdimat yayımlayacaq. Təqdimat YouTube platformasında yayımlanacaq. Maraqlısı odur ki, Netflix abunəçiləri təqdimata daha erkən baxa biləcəklər. Bu əməkdaşlıq təsadüfi deyil. Çünki Netflix daha əvvəl Rockstar ilə birlikdə GTA Trilogy oyunlarını mobil cihazlar üçün təqdim etmişdi.
Rockstar hələlik təqdimatda nələrin göstəriləcəyini açıqlamayıb. Lakin oyunsevərlər yeni gameplay görüntüləri, mexanikalar və GTA VI dünyası barədə daha ətraflı məlumatların paylaşılacağını gözləyirlər. Xatırladaq ki, GTA VI 2022-ci ildə rəsmi olaraq təsdiqlənmiş, 2023-cü ildə ilk treyleri, 2025-ci ildə isə ikinci treyleri yayımlanmışdı. Oyunun buraxılışı bir neçə dəfə təxirə salındıqdan sonra hazırda 19 noyabr 2026-cı il tarixində PlayStation 5 və Xbox Series X/S konsolları üçün satışa çıxacağı planlaşdırılır.
Paylaş
