Logo
    main-post-cover

    Samsung 2026-cı ildə öz ağıllı eynəyini satışa çıxara bilər

    Cihazlar+
    14.08.2025
    Emil
         Cənubi Koreya mənbələrinə əsasən, Samsung, Android XR platformasındakı Project Moohan XR cihazına əlavə olaraq, 2026-cı ilin sonunda kütləvi bazar üçün daha sadə ağıllı eynək istehsalına başlamağı planlaşdırır. Mənbələrin məlumatına görə, Cənubi Koreya şirkətinin bu ağıllı eynəyi dizayn baxımından Ray-Ban Meta eynəyinə bənzəyəcək. Onda da ekran olmayacaq və daxili mikrofon, səsgücləndiricilər və kamera ilə təchiz olunacaq. Bildirilir ki, bu cihaz süni intellekt köməkçi dəstəyinə malik olacaq və istifadəçiyə zəng etmək, mətn mesajları göndərmək, məzmun yazmaq və multimedianı idarə etmək imkanı verəcək. Ekranın olmaması müəyyən funksional məhdudiyyətlər yaradır. Lakin gözlənildiyi kimi, əlçatan qiymət bu cür ağıllı eynəyin məşhurlaşmasına töhfə verəcək.
         Ray-Ban Meta-nın ən son versiyasının qiyməti 299$-dan başlayır. Samsung-un fikrincə, ağıllı eynək gələcəkdə istifadəçiyə görüntünü real vaxt rejimində ötürmək və daimi rahat şəkildə taxmaq imkanı sayəsində smartfonların yerini tuta bilər ki, bu da mobil cihazların məhdudiyyətlərini aşır. Bir vaxtlar sadəcə bir İT aksesuarı hesab edilən ağıllı eynəklər, 2022-ci ilin sonunda süni intellekt çat-botu ChatGPT-nin istifadəyə verilməsindən sonra sürətlə məşhurluq qazanmağa başlayıblar. Bu, süni intellektin imkanlarının inkişafı ilə yanaşı ağıllı eynəklərin istifadəsinin rahatlığının artması ilə əlaqələndirilir. Fortune Business Insights tədqiqat şirkətinin proqnozuna görə, bu il 253.5 milyard dollar təşkil edəcək ağıllı eynəklər bazarı 2032-ci ilə qədər 1.6 trilyon dollara çatacaq.
    Paylaş