
Samsung 3 cihazının rəsmi dəstəyini dayandırıb
Samsung şirkəti özünün EoS (End of Support) siyahısına növbəti 3 cihazı daxil edib. Qeyd etmək lazımdır ki, bu siyahıya rəsmi dəstəkləri bitmiş cihazlar daxil edilir. Samsung-un EoS siyahısına daxil etdiyi növbəti 3 cihaz şirkətin Galaxy A, Galaxy F smartfon seriyalarını və Galaxy Tab S planşet seriyasını edir. EoS siyahısına daxil edilən cihazlar artıq nə Android nə də təhlükəsizlik yenilənmələrini əldə etmirlər. Bu üsul ilə şirkət onların proqram təminatı dəstəklərini yekunlaşdırır. Beləliklə Samsung-un EoS siyahısına daxil edilmiş növbəti smartfonlar aşağıdakılardır:
- Galaxy A22 5G
- Galaxy F52 5G
- Galaxy Tab S7 FE.
Qeyd etmək lazımdır ki, bu cihazlar 2021-ci ilin iyul ayında satışa çıxıblar və 4 il ərzində proqram təminatı dəstəyini əldə ediblər. Galaxy A22 5G və F52 5G satışa çıxdıqları zaman Android 11-ə sahib idilər. Nəticədə onlar Android 13-ə qədər yeniləndilər. Galaxy Tab S7 FE-yə gəldikdə isə o, Android 11 ilə satışa çıxdı və Android 14-ə kimi yeniləndi.
Paylaş