
Samsung 3 smartfonunun rəsmi dəstəyini dayandırıb
Cihazlar+
08.01.2025
Emil
Samsung 3 ədəd smartfonunun rəsmi dəstəyini dayandırıb. Söhbət, Samsung Galaxy A02s, Galaxy A12 və Galaxy W21 5G smartfonlarından gedir. Qeyd etmək lazımdır ki, bu smartfonlar 2020-ci ilin sonunda təqdim olunmuşdular. Galaxy W21 5G isə qatlana bilən Galaxy Fold 2-nin Çin bazarı üçün nəzərdə tutulmuş versiyası idi.
Samsung söz vermiş olduğu kimi bu smartfonları 4 il ərzində dəstəklədi. Galaxy A02s və Galaxy A12 modelləri nəticədə 2 Android yenilənməsini, Galaxy W21 5G modeli isə 3 Android yenilənməsini əldə etdi. Galaxy A02s və Galaxy A12 modellərinin əldə etmiş olduqları son Android versiyası Android 12, son OneUI versiyası isə OneUI 4.1 oldu. Beləliklə Samsung bundan sonra bu smartfonlar heç bir sistem və təhlükəsizlik yenilənməsini təqdim etməyəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
