Logo
    main-post-cover

    Samsung 4 smartfonunun rəsmi dəstəyini dayandırıb

    Cihazlar+
    06.08.2025
    Emil
         Samsung şirkəti 4 smartfonunun rəsmi dəstəyini dayandırıb. Şirkətin rəsmi dəstəyinin dayandırıldığı bu dəfəki smartfonlar Galaxy A, Galaxy FGalaxy M seriyalarını əhatə edirlər. Həmin smartfonlar bundan sonra nə Android nə də təhlükəsizlik yenilənmələrini əldə etməyəcəklər. Beləliklə dəstəkləri dayandırılmış növbəti Samsung smartfonları bunlardır: Galaxy A22, Galaxy F22, Galaxy M32 Galaxy M42 5G. Qeyd etmək lazımdır ki, bu smartfonlar 2021-ci ildə satışa çıxmışdılar.
    Paylaş