Logo
    main-post-cover

    Samsung artıq qatlana bilən smartfonlar bazarının lideri deyil

    Cihazlar+
    03.06.2024
    Emil
         Uzun müddət ərzində Samsung qatlana bilən smartfonlar bazarının lider şirkəti idi. Lakin görünür bu bazarda ciddi dəyişikliklər getməyə başlayıb. Belə ki, Samsung artıq qatlana bilən smartfonlar bazarının lideri statusunu daşımır. 2023-cü ilin birinci rübünə olan statistikaya əsasən Samsung sözügedən bazarın 59% payına sahib idi. İkinci yerdə isə 14%-lik pay göstəricisi ilə Huawei şirkəti qərarlaşırdı. Yeni statistik məlumatlara əsasən Samsung-un qatlana bilən smartfonlar bazarındakı pay göstəricisi 23%-ə düşüb. Huawei-də isə bu göstərici 35% təşkil edir. Nəticədə Samsung qatlana bilən smartfonlar bazarındakı liderliyini Huawei şirkətinə ötürüb.
         Bu statistik göstəricilər eyni zamanda istifadəçilərin maraqlarının qatlana bilən smartfonlara 50% yüksəldiyini sərgiləyirlər. Qatlana bilən smartfonlar bazarındakı statistik göstəricilərini daha iki şirkət yaxşılaşdırıb. Söhbət, MotorolaHonor şirkətlərindən gedir. Belə ki, Motorola artıq bu bazarın 11% payına, Honor isə 12% payına sahibdir. Samsung şirkəti özünün ilk Galaxy Fold Galaxy Flip kimi smartfonları sayəsində qatlana bilən smartfonlar bazarını formalaşdırmış ilk şirkətlərdən biri olsa da, görünür, onun son qatlana bilən smartfonlarında ciddi bir yenilik olmadığı üçün alıcıların onlara maraqları kəskin şəkildə aşağı düşüb.
    Paylaş