
Samsung bəzi köhnə cihazlarını bu il yenidən satışa çıxaracaq
Məşhur insayder Roland Quandt-ın vermiş olduğu məlumata əsasən Samsung şirkəti bəzi köhnə cihazlarını bu il yenidən satışa çıxaracaq. Söhbət, Galaxy Watch 4 smart saatından və Galaxy Tab S6 Lite planşetindən gedir. Şirkət sözügedən cihazların yenidən satışa çıxmalarını yaxın aylar ərzində anons etməlidir. Məlumata əsasən bu cihazların adları qarşısında 2024-cü il qeyd ediləcək. Yenidən satışa çıxacaq cihazların texniki göstəriciləri barəsində məlumat verilməyib. Lakin gözləntilərə əsasən onlar daha öncəki versiyalardan bəzi yeni texniki imkanlar ilə fərqlənəcəklər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...