Logo
    main-post-cover

    Samsung büdcəli Galaxy A21s smartfonunun dəstəyini dayandırıb

    Cihazlar+
    18.07.2024
         Samsung şirkəti büdcəli smartfonlarından birinin dəstəyini dayandırıb. Söhbət, Samsung Galaxy A21s-dən gedir. Belə ki, şirkət sözügedən smartfonu hər rüb təhlükəsizlik yenilənmələrini əldə edən smartfonları siyahısından çıxarıb. Bu isə o deməkdir ki, Galaxy A21s smartfonu bundan sonra artıq təhlükəsizlik yenilənmələrini əldə etməyəcək. Qeyd etmək lazımdır ki, bu smartfon 2020-ci ildə təqdim olunmuşdu. Smartfon qutudan OneUI 2.0 interfeysli Android 10 vasitəsil çalışırdı. 2021-ci ildə smartfon OneUI 3.0 interfeysli Android 11-i, 2022-ci ildə isə OneUI 4.1 interfeysli Android 12-ni əldə etdi. Galaxy A21s üçün son təhlükəsizlik yenilənməsi may ayında təqdim edilmişdi.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung büdcəli Galaxy A21s smartfonunun dəstəyini dayandırıb | Technote