main-post-cover

    Samsung Buds 3 və Buds 3 Pro qulaqlıqlarında ciddi dizayn dəyişikliyi olacaq

    Cihazlar+
    23.05.2024
    Emil Nəcəfov
         Son məlumat sızıntılarına əsasən Samsung şirkəti bu ilin ikinci yarısında Galaxy Buds 3 Galaxy Buds 3 Pro adlı yeni naqilsiz qulaqlıqlarını təqdim edəcək. Ortaya çıxmış yeni məlumata əsasən şirkət sözügedən qulaqlıqlarda ciddi dizayn dəyişikliyini planlaşdırır. Qeyd etmək lazımdır ki, ilk Galaxy Buds qulaqlığının təqdimatından indiyənə kimi Samsung-un bu naqilsiz qulaqlıqları paxla formasına sahib olublar. Lakin şirkət Galaxy Buds 3-də qulaqlıqların ümumi formalarını dəyişəcək. Bu, qulaqlıqlardakı ətraf səs-küyün aktiv boğulması funksiyasının daha effektiv şəkildə çalışması və qulaqlıqların səs keyfiyyətlərinin yaxşılaşdırılması üçün ediləcək.
         Telefon danışıqları zaman səs keyfiyyəti mövzusunda Galaxy Buds qulaqlıqları çox zaman Apple AirPods-dan geridə qalırlar. Səbəb isə Apple AirPods-lardakı dizayndadır. Məsələ burasındadır ki, AirPods qulaqlıqlarında mikrofonlar onların gövdələrində istifadəçi ağzına daha yaxın məsafədə yerləşirlər. Galaxy Buds 3 və Buds 3 Pro qulaqlıqlarında da bu cür dizayndan istifadə edilə bilər. Bununla yanaşı məlumata əsasən Galaxy Buds 3 və Buds 3 Pro qulaqlıqları süni zəka funksiyalarına sahib olacaqlar. Hal hazırda aktual olan Galaxy Buds modellərinin konstruksiyaları süni zəka funksiyalarından intensiv istifadə üçün böyük həcmli batareyanın yerləşdirilməsinə uyğun deyillər. Yeni qulaqlıqlarda dizayn dəyişikliyi həmçinin bu problemin aradan qaldırılmasına da istiqamətlənə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının vacib özəlliyi məlum olub
    samsung-galaxy-buds-3-pro-naqilsiz-qulaqliginin-vacib-ozelliyi-melum-olub
    Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları süni zəka funksiyalarını əldə edəcəklər
    samsung-galaxy-buds-3-ve-buds-3-pro-naqilsiz-qulaqliqlari-suni-zeka-funksiyalarini-elde-edecekler
    Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığı üzərində çalışır
    samsung-galaxy-buds-3-pro-naqilsiz-qulaqligi-uzerinde-calisir
    Samsung Galaxy Buds 3 Pro süni zəka funksiyasını əldə edəcək
    samsung-galaxy-buds-3-pro-suni-zeka-funksiyasini-elde-edecek