
Samsung dözümlü gövdəyə sahib Galaxy XCover 7 Pro smartfonu üzərində çalışır
Cihazlar+
17.01.2025
Emil
Samsung şirkəti keçən ilin əvvəlində dözümlü gövdəyə sahib Galaxy XCover 7 smartfonunu təqdim etmişdi. İndi isə məlum olub ki, şirkət onun Pro versiyası üzərində çalışır. Ortaya çıxmış məlumata əsasən Galaxy XCover 7 Pro smartfonu Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin yanvar ayında təqdim edilmiş Galaxy XCover 7 smartfonu MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışır.
Galaxy XCover 7 Pro barəsində digər bir məlumat olmasa da, gözləntilərə əsasən Galaxy XCover 7-nin gövdəsi kimi Galaxy XCover 7 Pro-nun gövdəsi də MIL-STD-810H3 hərbi standartının tələblərinə cavab verəcək. Bununla yanaşı çox güman ki, yeni smartfonun gövdəsi həmçinin IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Heç istisna deyil ki, Galaxy XCover 7 Pro-nun ekranı Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunsun. Galaxy XCover 7 Pro-nun nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
