
Samsung dözümlü gövdəyə sahib Galaxy Xcover 8 Pro smartfonunu hazırlayır
Cihazlar+
11.12.2024
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung dözümlü gövdəyə sahib Galaxy Xcover 8 smartfonu üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət həmçinin dözümlü gövdəyə sahib Galaxy Xcover 8 Pro smartfonunu da hazırlayır. Bir neçə müddət bundan öncə Galaxy Xcover 8 Pro üçün nəzərdə tutulmuş batareyanın Cənubi Koreyada sertifikatlaşdırmadan keçdiyi məlum olub. Məlumatda qeyd edilib ki, sertifikatlaşdırmadan keçmiş EB-BG766GBY model nömrəli batareyanın həcmi 4350 mAh təşkil edir. Bu isə Galaxy Xcover 6 Pro və Galaxy Xcover 7 smartfonlarının batareyalarından daha həcmlidir. Belə ki, adları sadalanmış smartfonlar özlərində 4050 mAh həcmli batareyanı birləşdirirlər. Gözləntilərə əsasən Galaxy Xcover 8 Pro smartfonu 2025-ci ilin ortasında təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
