Logo
    main-post-cover

    Samsung dözümlü gövdəyə sahib Galaxy XCover 8 smartfonu və Galaxy Tab Active 5 Pro planşeti üzərində çalışır

    Cihazlar+
    30.10.2024
    Emil
         Samsung şirkəti dözümlü gövdələri ilə tanınan Galaxy XCoverTab Active seriyalarının yeni cihazlarını təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy XCover 8 smartfonundan və Galaxy Tab Active 5 Pro planşetindən gedir. Ortaya çıxmış məlumatda qeyd edilib ki, hazırlanan bu yeni smartfon SM-G766B model nömrəsinə sahibdir. Qeyd etmək lazımdır ki, Galaxy XCover 7 smartfonu bu ilin yanvar ayında təqdim olunmuşdu. Buna görə də Galaxy XCover 8 smartfonunun təqdimatını gələn ilin yanvar ayı üçün gözləmək olar. Bundan əlavə olaraq Samsung üstəlik Galaxy Tab Active 5 Pro planşeti üzərində də çalışır. Adları sadalanmış bu cihazların dözümlü gövdəyə və orta səviyyəli texniki imkanlara sahib olacaqları gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər
    samsung-galaxy-s25-fe-hansi-prosessoru-elde-edecek
    Cihazlar+

    Samsung Galaxy S25 FE hansı prosessoru əldə edəcək?

    Samsung Galaxy S24 FE-nin hələ bir neçə müddət bundan öncə satışa çıxmasına baxmayaraq artıq indidən Galaxy S25 FE barəsində məlumatlar ortaya çıxmağa başlayıb.
    google-ve-samsung-kimi-diger-sirketler-de-oz-smartfonlarinda-7-illik-android-desteyini-temin-ede-bilecekler
    Proqram Təminatı

    Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər

    Google və Samsung Android smartfon istehsalçıları arasında 7 il müddətinə əməliyyat sistemi yenilənməsini təklif edən ilk şirkətlər oldular.
    samsung-olcusunu-deyisdire-bilen-yeni-smart-uzuyunu-patentlesdirib
    Cihazlar+

    Samsung ölçüsünü dəyişdirə bilən yeni smart üzüyünü patentləşdirib

    Bir neçə müddət bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ölçüsünü dəyişdirə bilən smart üzüyü patentləşdirib. İndi isə məlum olub ki, bu cür smart üzüyü həmçinin Samsung şirkəti də patentləşdirib.
    samsung-gelen-il-galaxy-z-fold-7-ve-z-flip-7-smartfonlarini-iki-versiyada-teqdim-edecek
    Cihazlar+

    Samsung gələn il Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarını iki versiyada təqdim edəcək

    Samsung yay fəslində qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarını, bir neçə müddət bundan öncə isə Galaxy Z Fold 6-nın daha nazik gövdəli versiyası Galaxy Z Fold Special Edition smartfonunu təqdim etdi.
    galaxy-s26-smartfonlarinin-hamisinda-qualcomm-prosessoru-istifade-edilecek
    Cihazlar+

    Galaxy S26 smartfonlarının hamısında Qualcomm prosessoru istifadə ediləcək

    Ice Universe ləqəbli məşhur insayder dünən məlumat verdi ki, Samsung şirkəti gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 smartfonlarının hamısında Snapdragon 8 Elite prosessorundan istifadə edəcək.