
Samsung dwzbucaq dizaynlı yeni Galaxy Watch üzərində çalışır
Cihazlar+
12.03.2024
Emil
Sammobile saytının vermiş olduğu məlumata əsasən Samsung şirkəti Galaxy Watch smart saatının yeni versiyası üzərində çalışır. Məlumatda qeyd edilib ki, yeni versiyada hazırlanan Galaxy Watch öz xarici görünüşü ilə fərqlənəcək. Belə ki, yeni versiyada Galaxy Watch ənənəvi dairəvi formalı gövdə əvəzinə Apple Watch tərzində düzbucaq dizaynını əldə edəcək. Samsung-un bu cür Galaxy Watch-u nə zaman təqdim edəcəyi bilinmir. Bu cür dizayn bu il təqdim olunacaq Galaxy Watch 7 və ya gələn il təqdim olunacaq Galaxy Watch 8 smart saat seriyasında reallaşdırıla bilər.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
