Logo
    main-post-cover

    Samsung flaqman smartfonlarını fərqli brend altında satışa çıxara bilər

    Cihazlar+
    30.10.2024
    Emil
         Hal-hazırda Samsung şirkəti öz smartfonlarını hamının yaxşı tanıdığı Galaxy brendi altında satışa çıxarır. Lakin yaxın gələcəkdə şirkət bu istiqamətdəki strategiyasını dəyişə bilər. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən Samsung artıq müəyyən müddətdir ki, tamamilə yeni brendin yaradılması üzrə araşdırmalar aparır. Şirkətin planına əsasən yeni brend Galaxy-dən tamamilə müstəqil olacaq və şirkət öz flaqman smartfonlarını məhz yeni brend altında satacaq.
         Qeyd etmək lazımdır ki, bir sıra avtomobil istehsalçısı məhz bu cür strategiya üzrə fəaliyyət göstərir. Məsələn Yaponiyanın Toyota Motor şirkəti öz premium avtomobillərini Lexus brendi altında, Cənubi Koreyanın Hyundai Motor şirkəti isə öz premium avtomobillərini Genesis brendi altında satır. Smartfon istehsalçıları arasında da eyni strategiyaya sahib olanları var. Məsələn Xiaomi flaqman smartfonlarını əsasən öz adı altında, orta büdcəli və büdcəli smartfonlarını isə Redmi POCO brendləri altında satır. Görünür, Samsung da eyni yol ilə getməyi hədəfləyib
    Paylaş
    Bənzər xəbərlər