
Samsung G60SD adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
06.05.2024
Farid
Samsung öz yeni gaming monitorunu təqdim edib. Şirkətin təqdim etmiş olduğu yeni gaming monitor Samsung G60SD adlanır. Beləliklə Samsung-un bu yeni gaming monitoru 360 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym QD-OLED ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 250 nit, onun istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Bununla yanaşı Samsung G60SD DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir və 1.07 milyard rəngi əks etdirə bilir. Monitorun arxa panelində üstəlik RGB işıqlandırma var. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 və USB 3.0 girişlərini birləşdirir. Samsung G60SD-ni artıq Çində 990$-a ön sifariş etmək olar. Monitorun yaxın zamanda Çin bazarında satışa çıxacağı gözlənilir. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
