
Samsung Galaxy A seriyasının yeni smartfonlarının nə zaman təqdim olunacaqları rəsmi şəkildə açıqlanıb
Cihazlar+
26.02.2025
Emil
Samsung şirkəti Galaxy A seriyasının yeni smartfonlarının təqdimatlarını rəsmi şəkildə elan edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Galaxy A seriyasının yeni smartfonları 2 mart tarixində təqdim olunacaq. Samsung 2 mart tarixində təqdim olunacaq yeni smartfonların konkret adlarını açıqlamayıb. Lakin gözləntilərə əsasən söhbət, Galaxy A36 və A56 modellərindən gedir. Bununla yanaşı şirkət həmin tarixdə üstəlik Galaxy A26 modelini də təqdim edə bilər. Son məlumat sızıntılarına inansaq, Galaxy A36 smartfonu 6.6 düym ölçülü OLED ekranı əldə edəcək və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək.

Cihazın Snapdragon 6 Gen 3 prosessoru vasitəsilə çalışacağı və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman olunur. Galaxy A56 modelinə gəldikdə isə onun 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.6 düym ölçülü Super AMOLED ekranla təchiz olunacağı, Exynos 1580 prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP + 12 MP + 5 MP üçlü arxa kamera ilə 12 MP-lik ön kameranı birləşdirəcəyi və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
