Logo
    main-post-cover

    Samsung Galaxy A06 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    07.01.2025
    Emil
         Samsung keçən ilin ikinci yarısında Galaxy A06 4G smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun 5G versiyası üzərində çalışır. Məlum olub ki, Galaxy A06 5G smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Galaxy A06 5G smartfonu MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 4 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, Galaxy A06 5G qutudan Android 15-i əldə edəcək. Beləliklə bu smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 731 xal, çox nüvəli testi çərçivəsində isə 1816 xal toplayıb.
    Paylaş