main-post-cover

    Samsung Galaxy A16 4G və A16 5G-nin texniki imkanları açıqlanıb

    Cihazlar+
    04.10.2024
    Emil Nəcəfov
         Samsung şirkəti yaxın zamanda Galaxy A16 adlı yeni orta büdcəli smartfonunu təqdim edəcək. Sözügedən smartfon iki versiyada təqdim ediləcək. Galaxy A16 4GA16 5G. İndi isə insayderlər bu bu iki versiyanın sahib olacağı texniki özəlliklər barəsində məlumatları təqdim ediblər. Beləliklə insayderlər xəbər veriblər ki, Galaxy A16 4G və A16 5G modelləri öz aralarında yalnız prosessor ilə fərqlənəcəklər. Belə ki, Galaxy A16 4G modeli adı hallanmayan 8 nüvəli prosessor vasitəsilə çalışacaq. Bunun MediaTek Helio G99 olacağı güman edilir.
        Galaxy A16 5G modeli isə satışa çıxacağı regiondan asılı olaraq ya Exynos 1330 ya da Dimensity 6300 vasitəsilə çalışacaq. Digər texniki imkanlar baxımından smartfonlar eyni olacaqlar. Yəni hər iki smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunacaq, 4 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edəcək, 50 MP + 5 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahib olacaq və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OneUI 7.0 istifadəçi interfeysi gözlənildiyindən daha gec istifadəyə veriləcək
    oneui-70-istifadeci-interfeysi-gozlenildiyinden-daha-gec-istifadeye-verilecek
    Samsung Galaxy S25 Ultra-nın maketinin fotosu ortaya çıxıb
    samsung-galaxy-s25-ultra-nin-maketinin-fotosu-ortaya-cixib
    Samsung Galaxy A56 smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-a56-smartfonu-geekbench-testlerinden-kecib
    Samsung Galaxy Chromebook Plus noutbuku təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-chromebook-plus-noutbuku-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S26 smartfon seriyası bir modeldən məhrum ola bilər
    samsung-galaxy-s26-smartfon-seriyasi-bir-modelden-mehrum-ola-biler