Logo
    main-post-cover

    Samsung Galaxy A17 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    23.07.2025
         Samsung şirkəti orta büdcəli Galaxy A17 5G smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Bu isə onun bəzi özəlliklərini ortaya çıxarıb. Geekbench-in məlumatlar bazasına əsasən Galaxy A17 5G-in prosessoru özündə 2 ədəd 2.4 GHz tezlikli nüvəni və 6 ədəd 2.0 GHz tezlikli nüvəni birləşdirir. Onun qrafik imkanlarından isə ARM Mali-G68 qrafik çipi cavabdehdir. Bütün bunlar Exynos 1330 prosessoruna işarə edir. Geekbench testlərindən Galaxy A17 5G-nin 6 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı məlum olub ki, smartfon qutudan Android 15-i əldə edəcək. Smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 942 xal, çoxnüvəli testi çərçivəsində isə 2137 xal toplayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...