
Samsung Galaxy A26 5G-nin barəsində yeni məlumatlar ortaya çıxıb
Cihazlar+
13.02.2025
Emil
Samsung şirkətinin Galaxy A seriyasında hazırladığı yeni smartfonlardan biri də Galaxy A26 5G modelidir. Məlum olub ki, bu yeni smartfon ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikatlaşdırmadan keçib. Bunun sayəsində Galaxy A26 5G-nin dizaynı və bəzi özəllikləri ortaya çıxıb. FCC-nin məlumatlar bazasına əsasən bu yeni smartfon SM-A266U model nömrəsinə və A3LSMA266U sertifikasiya identifikatoruna sahibdir.
Məlumatda qeyd edilib ki, smartfon özündə SD kart girişini və Bluetooth 5.3 dəstəyini birləşdirəcək. Bununla yanaşı məlum olub ki, Galaxy A26 5G smartfonu 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Smartfonun dizaynına gəldikdə, təqdim edilmiş render fotodan da görmək olar ki, Galaxy A26 5G yastı ekranı əldə edəcək və onun ekranı üzərində ön kamera üçün damcı formalı çıxıntı yerləşəcək.

Smartfonun arxa panelində oval formalı kamera sahəsi mövcud olacaq. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera yerləşəcək. Son məlumat sızıntılarına inansaq, Galaxy A26 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.64 və ya 6.7 düym ölçülü ekranla təchiz olunacaq. Cihaz Exynos 1280 prosessoru vasitəsilə çalışmalı və özündə 8 GB-a kimi RAM ilə 256 GB-a kimi daxili yaddaş həcmini birləşdirməlidir.
Mənbə: 91mobiles
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung Galaxy Z Fold 7 şirkətin ən nazik gövdəli qatlana bilən smartfonu ola bilər
Samsung yenidən cihazlarının incəliyinə üstünlük verməyə başlayıb. Son şayiələrə görə, bu ilin ikinci yarısında təqdim olunacaq Galaxy Z Fold 7 smartfonu, brendin ən nazik qatlana bilən smartfonu olacaq.

Cihazlar+
Nazik gövdəli Samsung Galaxy S25 Edge smartfonu Geekbench testlərindən keçib
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti yanvar ayının sonunda anons etmiş olduğu nazik gövdəli Galaxy S25 Edge smartfonunu yaxın aylar ərzində satışa çıxartmağı planlaşdırır.

Cihazlar+
İnsayderlər Samsung Galaxy A06 5G-nin texniki imkanlarını açıqlayıblar
Samsung keçən ilin avqust ayında Galaxy A06 4G smartfonunu təqdim etmişdi. İndi isə şirkət Galaxy A06 5G üzərində çalışır.

Cihazlar+
Məşhur insayder Samsung Galaxy A56-nın yeni render fotosunu təqdim edib
Təqdimata hazırlaşan orta büdcəli Samsung Galaxy A56 smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Evan Blass adlı məşhur insayder sözügedən smartfonun render fotosunu təqdim edib.

Cihazlar+
Samsung Galaxy S26 smartfonları daha fərqli batareyaları əldə edəcəklər
Samsung Galaxy S25 seriyası yeni prosessorlar və digər təkmilləşdirmələrlə gəlsə də, əvvəlki nəsildən kiçik tutumlu köhnəlmiş batareyaları miras alıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
