Logo
    main-post-cover

    Samsung Galaxy A26 5G smartfonu təqdimata hazırlaşır

    Cihazlar+
    16.01.2025
    Emil
         Samsung şirkətinin Galaxy A seriyasında hazırladığı yeni smartfonlardan biri də Galaxy A26 5G modelidir. Məlum olub ki, bu yeni smartfon Hindistanın BIS sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bunun sayəsində məlum olub ki, Galaxy A26 5G smartfonu SM-A266B/DS model nömrəsinə sahibdir.
         Məlumatda qeyd edilib ki, hazırlanan bu yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü ekranla təchiz olunacaq və Exynos 1280 prosessoru vasitəsilə çalışacaq. Gözləntilərə əsasən Galaxy A26 5G özündə 4565 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfonun BIS sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçməsi onun yaxın zamanda təqdim olunacağına işarə edir.
     
    Paylaş