Logo
    main-post-cover

    Samsung Galaxy A26-nın render fotosu təqdim edilib

    Cihazlar+
    15.11.2024
    Emil
         Samsung şirkəti Galaxy A seriyasının növbəti smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy A26-dan gedir. İndi isə OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə sözügedən smartfonun render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoda smartfonun həm ön həm də arxa paneli əks olunub. Beləliklə render fotoya əsasən Galaxy A26 smartfonu yastı gövdəni əldə edəcək. Onun ekranı üzərində damcı formalı çıxıntı hissə yerləşəcək.
         Arxa paneldə isə oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 3 ədəd kamera mövcud olacaq. İnsayderin sözlərinə əsasən Galaxy A26-nın uzunluğu 164 mm, eni 77.5 mm, gövdə qalınlığı isə 7.7 mm təşkil edəcək. Son məlumat sızıntılarına əsasən Galaxy A seriyasının bu yeni smartfonu Exynos 1280 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun 5000 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir. Çox güman ki, Galaxy A26 ya gələn ay ya da 2025-ci ilin əvvəlində təqdim olunacaq.
    Paylaş