Logo
    main-post-cover

    Samsung Galaxy A35 5G-nin bütün texniki göstəriciləri məşhur insayder tərəfindən təqdim edilib

    Cihazlar+
    29.02.2024
    Emil
         Samsung Galaxy A35 5G smartfonunun təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. Sözügedən smartfonun texniki özəllikləri barəsində bəzi məlumatlar daha öncə sızdırılmışdı. İndi isə Galaxy A35 5G-nin texniki göstəriciləri barəsində bütün məlumatlar ortaya çıxıb. Smartfonun bütün texniki özəlliklərini OnLeaks ləqəbli məşhur insayder təqdim edib. Beləliklə təqdim edilmiş məlumatlara əsasən Galaxy A35 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym Super AMOLED ekranla təchiz olunacaq.
         Smartfon Exynos 1380 prosessoru vasitəsilə çalışacaq və özündə 6/8 GB RAM ilə 128/256 GB (1 TB-a kimi microSD dəstəyi) daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP + 5 MP üçlü arxa kameranı və 13 MP-lik ön kameranı əldə edəcək. Batareya həcminə gəldikdə isə məlumatda qeyd edilib ki, smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Üstəlik Galaxy A35 5G-nin gövdəsi IP67 standartı üzrə sudan qorunacaq və qutudan OneUI 6.1 interfeysli Android 14 vasitəsilə çalışacaq. Smartfonun mart ayının əvvəlində təqdim olunacağı gözlənilir.
    Paylaş