main-post-cover

    Samsung Galaxy A35 5G təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.03.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy M15 5G ilə yanaşı həmçinin Galaxy A seriyasının da yeni smartfonunu təqdim edib. Söhbət, Galaxy A35 5G-dən gedir. Beləliklə Galaxy A35 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym yastı Super AMOLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşir. Bununla yanaşı barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və smartfon Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə sahibdir. Həmçinin smartfonun gövdəsi IP67 standartı üzrə sudan qorunur.
         Galaxy A35 5G Exynos 1380 prosessoru vasitəsilə çalışır və özündə 6/8 GB RAM ilə 128/256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda Galaxy A35 5G 50 MP + 8 MP + 5 MP üçlü arxa kameranı və 13 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan OneUI 6.1 interfeysli Android 14 vasitəsilə çalışır. Samsung bildirib ki, bu yeni smartfon 4 il ərzində Android dəstəyini və 5 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Galaxy A35 5G artıq bəzi Avropa ölkələrində satışa çıxıb və onun qiyməti 379 avrodan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy M15 5G təqdim olunub
    samsung-galaxy-m15-5g-teqdim-olunub
    Samsung Galaxy A52 üçün təxirə salınmış Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-a52-ucun-texire-salinmis-android-14-esasli-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy A72 üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-samsung-galaxy-a72-ucun-istifadeye-verilib
    Samsung Galaxy Z Fold 6 ilə Z Flip 6-nın hansı gövdə rənglərinə sahib olacaqları açıqlanıb
    samsung-galaxy-z-fold-6-ile-z-flip-6-nin-hansi-govde-renglerine-sahib-olacaqlari-aciqlanib
    Təqdimata sayılı günlər qalmış Samsung Galaxy A35 5G ilə A55 5G-nin press-render fotoları təqdim edilib
    teqdimata-sayili-gunler-qalmis-samsung-galaxy-a35-5g-ile-a55-5g-nin-press-render-fotolari-teqdim-edilib