
Samsung Galaxy A35 5G və A55 5G smartfonları 7 illik dəstək müddətinə sahib olmayacaqlar
Cihazlar+
06.03.2024
Emil
Samsung şirkəti dünən anons etdi ki, Galaxy A35 5G və A55 5G smartfonları 11 mart tarixində Hindistanda təqdim olunacaqlar. İndi isə şirkət bu smartfonlarla bağlı vacib bir məlumatı təqdim edib. Belə ki, şirkət bildirib ki, Galaxy A35 5G və A55 5G smartfonları 7 illik dəstək müddətinə sahib olmayacaqlar. Qeyd etmək lazımdır ki, Samsung yanvar ayında təqdim edilmiş Galaxy S24 smartfonları üçün 7 illik dəstək müddətini təqdim edir. Daha öncə düşünülürdü ki, şirkətin orta büdcəli smartfonları da bu qədər müddət ərzində dəstəklənəcəklər. Lakin hər halda Galaxy A35 5G və A55 5G smartfonları üçün bu belə olmayacaq. Bununla yanaşı sözügedən yeni Galaxy A smartfonlarının Galaxy AI süni zəka funksiyalarını əldə edib-etməyəcəkləri də məlum deyil.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
