Logo
    main-post-cover

    Samsung Galaxy A35-in render fotoları təqdim edilib

    Cihazlar+
    07.01.2024
    Emil
         Yeni ilin başlaması Samsung şirkətinin yaxın aylar ərzində Galaxy A seriyasının yeni smartfonlarını təqdim edəcəyi deməkdir. Onlardan biri də Galaxy A35 smartfonu olacaq. İnsayderlər sözügedən smartfonun render fotolarını təqdim ediblər. Fotolardan da görmək olar ki, Galaxy A35 smartfonu xarici görünüş baxımından Samsung-un flaqman smartfonlarına bənzəyəcək. Smartfon özündə yastı ekranı, ekran üzərində kiçik dairəvi çıxıntını və üçlü arxa kameranı birləşdirəcək. Gözləntilərə əsasən smartfonun gövdə ətrafı çəçrivəsi metal materialdan deyil, plastik materialdan hazırlanacaq. Texniki göstəricilərə gəldikdə, Galaxy A35-in 6.6 düym ekran, Exynos 1480 prosessoru, 50 MP-lik arxa kamera, 13 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman edilir. Smartfon yaz fəslində təqdim oluna bilər.
    Paylaş