Samsung Galaxy A36 5G-nin render fotoları təqdim edilib
Cihazlar+
18.10.2024
Emil Nəcəfov
Samsung şirkətinin hazırladığı Galaxy A36 5G smartfonu bir neçə gün bundan öncə Geekbench testlərindən keçmişdi. İndi isə OnLeaks ləqəbli məşhur insayder GizNext adlı sayt ilə birlikdə bu smartfonun render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş render fotolara əsasən Galaxy A36 5G smartfonu yastı gövdə dizaynını əldə edəcək. Bununla belə smartfon yenilənmiş arxa kamera sahəsinə sahib olacaq. Belə ki, kameralar ayrı-ayrılıqda deyil, oval formalı sahənin daxilində yerləşəcəklər.
Smartfonun ekranı üzərində isə kiçik dairəvi çıxıntı olacaq. Məlumatda qeyd edilib ki, Galaxy A36 5G-nin uzunluğu 162.6 mm, eni 77.9 mm, gövdə qalınlığı isə 7.4 mm təşkil edəcək. Beləliklə bu yeni smartfonun gövdəsi Galaxy A35 5G-nin gövdəsindən daha nazik olacaq. Galaxy A35 5G-nin gövdə qalınlığı 8.2 mm təşkil edir. Gözləntilərə əsasən Galaxy A36 5G smartfonu ya Snapdragon 6 Gen 3 ya da Snapdragon 7s Gen 2 vasitəsilə çalışacaq. Çox güman ki, smartfon gələn ilin əvvəlində təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy A16 4G smartfonu təqdim edilib
Samsung Galaxy A16 4G smartfonu təqdim edilib
Samsung bir neçə müddət bundan öncə Galaxy A16 5G smartfonunu təqdim etdi. İndi isə şirkət onun 4G versiyasını təqdim edib. 4G versiyanın 5G versiyadan əsas fərqi prosessordadır.
Exynos 2500 prosessoru yeni konfiqurasiyada ortaya çıxıb
Exynos 2500 prosessoru yeni konfiqurasiyada ortaya çıxıb
Samsung şirkəti iyul ayında maliyyə hesabatını təqdim edən zaman bildirmişdi ki, o, Exynos 2500 flaqman prosessoru üzərində çalışır. Daha sonra isə bu prosessorun Geekbench testlərindən keçdiyi məlum olmuşdu.
Samsung Galaxy Fold 6 Special Edition-un mümkün təqdimat tarixi məlum olub
Samsung Galaxy Fold 6 Special Edition-un mümkün təqdimat tarixi məlum olub
Samsung qısa reklam videosunu təqdim edib. Təqdim edilmiş videonun sonunda bir tarix əks olunub. Bu, şirkətin növbəti təqdimat tədbirinin tarixini əks etdirir.
Samsung smart eynəklər üçün 3D ekranı patentləşdirib
Samsung smart eynəklər üçün 3D ekranı patentləşdirib
Samsung Display təsviri həcmli şəkildə (3D) əks etdirə bilən yeni növ ekranın patentini əldə edib. Patenti əldə edilmiş yeni növ ekranın smart eynəklər üçün nəzərdə tutulduğu güman edilir.
Samsung Galaxy A36 5G smartfonu Geekbench testlərindən keçib
Samsung Galaxy A36 5G smartfonu Geekbench testlərindən keçib
Samsung şirkəti hal-hazırda Galaxy A36 5G smartfonu üzərində çalışır. Məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!