
Samsung Galaxy A36 5G smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
16.10.2024
Emil
Samsung şirkəti hal-hazırda Galaxy A36 5G smartfonu üzərində çalışır. Məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Galaxy A36 5G-nin prosessoru özündə 1.8 GHz tezlikdə çalışan 4 ədəd nüvəni və 2.4 GHz tezlikdə çalışan 4 ədəd nüvəni birləşdirir. Bu özəlliklər isə Snapdragon 6 Gen 3 prosessoruna işarə edirlər.
Lakin istisna deyil ki, nəticədə smartfon Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışsın. Geekbench testlərindən smartfonun 6 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Galaxy A36 5G qutudan Android 15-i əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 314 xal, çox nüvəli testi çərçivəsində isə 1279 xal toplayıb. Çox güman ki, Galaxy A36 5G gələn ilin birinci yarısında təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
