Logo
    main-post-cover

    Samsung Galaxy A42 5G-nin dəstəyi rəsmi şəkildə dayandırılıb

    Cihazlar+
    05.12.2024
    Emil
         Samsung şirkəti Galaxy A seriyasının daha bir smartfonunun dəstəyini rəsmi şəkildə dayandırıb. Söhbət, Galaxy A42 5G-dən gedir. Bu smartfon bundan sonra Android və təhlükəsizlik yenilənmələrini əldə etməyəcək. Qeyd etmək lazımdır ki, Galaxy A42 5G üçün son sistem yenilənməsi bu ilin yay fəslində istifadəyə verilmişdi. Smartfon 2020-ci ilin noyabr ayında satışa çıxıb.
          Həmin vaxtda şirkət söz vermişdi ki, Galaxy A42 5G 4 il ərzində dəstəyə sahib olacaq. Samsung bu mövzuda öz sözünü tutdu. Bu 4 il ərzində smartfon 2 Android yenilənməsini və birinci 2 il ərzində hər 3 aydan bir təhlükəsizlik yenilənməsini əldə etdi. 2 ildən sonra isə smartfon üçün təhlükəsizlik yenilənməsi ildə bir dəfə təqdim edildi. Əgər siz Galaxy A42 5G istifadə edirsinizsə və sizi köhnə proqram təminatı qane etmirsə, deməli yeni smartfon almağı düşünməyin vaxtıdır.
    Paylaş