Logo
    main-post-cover

    Samsung Galaxy A51 5G, Galaxy A41 və Galaxy M01 smartfonlarının dəstəkləri dayandırılıb

    Cihazlar+
    05.06.2024
    Emil
         Samsung şirkətinin öz 3 smartfonunun dəstəklərini dayandırdığı məlum olub. Dəstəkləri dayandırılmış smartfonlar Galaxy AGalaxy M seriyalarını əhatə edirlər. Söhbət, Samsung Galaxy A51 5G, Galaxy A41Galaxy M01 smartfonlarından gedir. Beləliklə adları sadalanmış bu smartfonlar bundan sonra Android yenilənmələrini, o cümlədən aylıq və rüblük təhlükəsizlik yenilənmələrini bir daha əldə etməyəcəklər.
         Qeyd etmək lazımdır ki, Galaxy A51 5G smartfonu 2020-ci ilin aprel ayında satışa çıxmışdı. O, qutudan Android 10 vasitəsilə çalışırdı. Nəticədə sözügedən smartfon Android 13-ə kimi yeniləndi. Galaxy A41 həmin ilin may ayında satışa çıxmışdı və qutudan Android 10 vasitəsilə çalışırdı. Bu smartfon nəticədə Android 12-yə kimi yeniləndi. Galaxy M01-ə gəldikdə isə o da həmin ilin iyun ayında satışa çıxmışdı və qutudan Android 10 vasitəsilə çalışırdı. Nəticədə o, Galaxy A41 kimi Android 12-yə kimi yeniləndi.
    Paylaş