Samsung Galaxy A55 5G-nin bəzi özəllikləri etibarlı mənbə vasitəsilə təsdiqlənib
Samsung şirkətinin təqdimata hazırlaşan Galaxy A55 5G smartfonu Google Play Console-da ortaya çıxıb. Bunun sayəsində smartfonun dizaynı bir daha təsdiqlənib və onun bəzi texniki göstəriciləri məlum olub. Google Play Console-dakı məlumatlara əsasən Galaxy A55 5G smartfonu s5e8845 model nömrəsinə sahib Exynos prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, söhbət, Exynos 1480-dən gedir. Bundan əlavə olaraq smartfon 2340x1080 piksel keyfiyyətli ekranı əldə edəcək və 8 GB RAM-a sahib olacaq. Məlumatda qeyd edilib ki, Galaxy A55 5G qutudan Android 14-ü əldə edəcək. Galaxy A55 5G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.