
Samsung Galaxy A55 5G-nin yeni real fotoları və bəzi texniki özəllikləri təqdim edilib
Cihazlar+
22.02.2024
Emil
İnsayderlər Samsung şirkətinin təqdimata hazırlaşan Galaxy A55 5G smartfonunun yeni real fotolarını və bəzi texniki göstəricilərini bölüşüblər. Təqdim edilmiş render fotolarda smartfon ağ və tünd mavi gövdə rənglərində əks olunub. Smartfonun arxa panel dizaynı son Galaxy S FE smartfonlarının arxa panel dizaynlarını xatırladır. Fotolardan da görmək olar ki, smartfon üçlü arxa kameranı əldə edəcək. İnsayderlər bildiriblər ki, Galaxy A55 5G smartfonu 12 GB-a kimi RAM yaddaşını, 16 MP-lik ön kameranı və 50 MP + 12 MP + 5 MP üçlü arxa kameranı əldə edəcək. Smartfonun həmçinin Exynos 1480 prosessoru vasitəsilə çalışacağı və özündə 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.


Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
