main-post-cover

    Samsung Galaxy A55 5G təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.03.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy A35 5G ilə yanaşı həmçinin Galaxy A55 5G-ni də təqdim edib. Galaxy A55 5G modeli xarici görünüşcə Galaxy A35 5G-dən heç də fərqlənmir. Bununla belə Galaxy A55 5G modeli Galaxy A seriyasının premium modeli hesab edilir. Beləliklə Galaxy A55 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Həm ekran həm də smartfonun arxa paneli Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub.
         Üstəlik smartfonun gövdə ətrafı çərçivəsi metal materialdan hazırlanıb. Galaxy A35 5G-də olduğu kimi Galaxy A55 5G-nin də gövdəsi IP67 standartı üzrə sudan qorunur. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Galaxy A55 5G Exynos 1480 adlı yeni 4 nanometrlik prosessor vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128/256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 50 MP + 12 MP + 5 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı əldə edib.
         Məlumata əsasən 50 MP ilə 12 MP-lik kameralar saniyədə 30 kadr sürətlə 4K videolar çəkə bilirlər. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Galaxy A55 5G qutudan OneUI 6.1 interfeysli Android 14 vasitəsilə çalışır. Galaxy A35 5G kimi Galaxy A55 5G də 4 il ərzində Android dəstəyini və 5 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Smartfon yaxın günlərdə satışa çıxacaq. 128 GB yaddaşa sahib versiya 479 avroya, 256 GB yaddaşa sahib versiya isə 529 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A35 5G təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-a35-5g-teqdim-olunub-qiymeti
    Samsung Galaxy M15 5G təqdim olunub
    samsung-galaxy-m15-5g-teqdim-olunub
    Samsung Galaxy A52 üçün təxirə salınmış Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-a52-ucun-texire-salinmis-android-14-esasli-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy A72 üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-samsung-galaxy-a72-ucun-istifadeye-verilib
    Samsung Galaxy Z Fold 6 ilə Z Flip 6-nın hansı gövdə rənglərinə sahib olacaqları açıqlanıb
    samsung-galaxy-z-fold-6-ile-z-flip-6-nin-hansi-govde-renglerine-sahib-olacaqlari-aciqlanib