
Samsung Galaxy A55-in render fotoları təqdim edilib
Cihazlar+
07.01.2024
Emil
Biraz əvvəl insayderlər Samsung Galaxy A35 smartfonunun render fotolarını təqdim etdilər. İndi isə Galaxy A55-in render fotoları təqdim edilib. Fotolardan da görmək olar ki, Galaxy A55 modeli xarici görünüşcə Galaxy A35-dən o qədər də fərqlənməyəcək. Lakin bununla belə Galaxy A55 modeli son zamanlarda flaqman smartfonların əldə etdikləri bir özəlliyə sahib olacaq. Söhbət, metal materialdan hazırlanmış gövdə ətrafı çərçivədən gedir. Bununla yanaşı smartfon özündə yastı ekranı, ekran üzərində kiçik dairəvi çıxıntını və üçlü arxa kameranı birləşdirəcək. Son məlumat sızıntılarına əsasən Galaxy A55 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym OLED ekran, Exynos 1480 prosessoru və 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Galaxy A55-in yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
