
Samsung Galaxy A70 və Galaxy S FE smartfon seriyalarını ləğv etmiş ola bilər
Cihazlar+
22.12.2022
Emil
İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung şirkəti Galaxy A70 və Galaxy S FE smartfon seriyalarını ləğv etməyi planlaşdırır. Məlumata əsasən buna Galaxy A70 seriyasının yeni modelləri barəsində uzun müddət ərzində heç bir məlumatın ortaya çıxmaması işarə edir. Məsələn heç bir etibarlı mənbə Galaxy A73-ün davamçısı barəsində hansısa bir məlumatı təqdim etməyib. Halbu ki, Samsung-un öz smartfonlarını satışa çıxartdığı ortalama zaman göstəricisini nəzərə alsaq, yeni smartfon gələn ilin mart ayında satışa çıxmalıdır.
Lakin Galaxy A73-ün davamçısı barəsində hələ heç bir məlumat ortaya çıxmayıb. İnsayderlərin fikirlərinə əsasən əgər smartfonun satışa çıxmasına 3.5 ay müddət qaldığı halda onun barəsində heç bir məlumat ortaya çıxmırsa, deməli smartfon ümumiyyətlə mövcud deyil. Samsung-un Galaxy A70 smartfon seriyasını ləğv etməsi iddiasına olan daha bir sübut ondan ibarətdir ki, şirkət Galaxy A73-ün təqdimatından sonra onun satışlarının reallaşdırıldığı ölkələrin sayını azaldıb.
Eyni hal Galaxy S FE seriyasını da əhatə edir. Belə ki, Galaxy S22 FE və ya Galaxy S23 FE barəsində indiyənə kimi heç bir məlumat ortaya çıxmayıb. İnsayderlər bildiriblər ki, Galaxy S FE seriyasının ləğv ediləcəyi halda Galaxy A54 ilə Galaxy S23 arasında böyük boşluq yaranacaq. Məlumata əsasən bu boşluğun aradan qaldırılması üçün Samsung Galaxy S22-nin qiymətini bir qədər aşağı sala bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
