
Samsung Galaxy Book 3 Go noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.12.2023
Emil
Samsung şirkəti Galaxy Book 3 Go adlı yeni noutbukunu təqdim edib. Sözügedən yeni noutbuk ilk növbədə tələbələr üçün nəzərdə tutulub və onun fərqləndirici özəlliklərindən biri Snapdragon prosessoru vasitəsilə çalışmasıdır. Beləliklə Galaxy Book 3 Go noutbuku Full HD keyfiyyətli 14 düym IPS ekranla təchiz olunub. Noutbuk Snapdragon 7c+ Gen 3 prosessoru vasitəsilə çalışır və özündə LPDDR4X standartlı 4 GB RAM ilə 128 GB-lıq SSD-ni (microSD dəstəkli) birləşdirir.

Galaxy Book 3 Go 1 ədəd USB Type-A girişinə, 2 ədəd USB Type-C girişinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Noutbuk üstəlik 5G, Wi-Fi 6E və Bluetooth 5.1 texnologiyalarını dəstəkləyir və özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 42.3 kilovatt saat batareya həcmini birləşdirir. Şirkətin sözlərinə əsasən noutbuk 30 dəqiqə ərzində şarj olunandan sonra 8 saat çalışa bilir. Galaxy Book 3 Go 2 yanvar tarixində Cənubi Koreya bazarında satışa çıxacaq və 430$-a satılacaq. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
2023-cü ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikası təqdim edilib
Counterpoint Research analitik şirkəti bu ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikasını təqdim edib.

Cihazlar+
Samsung Galaxy S24 və S24+ smartfonlarının gövdə rəngləri təsdiqlənib
Roland Quandt adlı məşhur insayder Samsung Galaxy S24 və Galaxy S24+ smartfonlarının SIM kart girişlərinin fotolarını təqdim edib.

Cihazlar+
Samsung Galaxy Xcover 7-nin texniki imkanları və satış qiyməti açıqlanıb
Yaxın zamanda Samsung tərəfindən dözümlü gövdəyə sahib Galaxy Xcover 7 smartfonunun təqdimatı gözlənilir.

Cihazlar+
Dözümlü gövdəyə sahib Samsung Galaxy Xcover 7 smartfonu təqdimata hazırdır
Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti dözümlü gövdəyə sahib Galaxy Xcover 7 smartfonunun təqdimatına hazırlaşır.

Cihazlar+
Məşhur insayder Samsung Galaxy S24+ smartfonunun bəzi özəlliklərini açıqlayıb
Bugün Samsung Galaxy S24 smartfonlarının ilk rəsmi render fotoları təqdim edildi. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq Galaxy S24+ modelinin bəzi texniki özəlliklərini açıqlayıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
