Samsung Galaxy Book 4 Ultra noutbukunun texniki göstəriciləri ortaya çıxıb
Cihazlar+
05.12.2023
Emil Nəcəfov
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti Galaxy Book 4 noutbuk seriyasının təqdimatına hazırlaşır. Bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy Book 4 Ultra olacaq. İndi isə sözügedən modelin texniki göstəriciləri ortaya çıxıblar. Ortaya çıxmış məlumatlara əsasən Galaxy Book 4 Ultra noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 16 düym Super AMOLED ekranla təchiz olunacaq.
Bu noutbuk iki versiyada təqdim ediləcək. Onlardan biri Intel Core Ultra 7 155H prosessoru, digəri isə Intel Core Ultra 9 185H prosessoru vasitəsilə çalışacaq. Intel Core Ultra 7 155H prosessoruna sahib versiya özündə NVIDIA GeForce RTX 4050 videokartını, Core Ultra 9 185H prosessoruna sahib versiya isə özündə GeForce RTX 4070 videokartını birləşdirəcək. Bununla yanaşı noutbuk Wi-Fi 6E və Bluetooth 5.3 texnologiyalarının dəstəklərini əldə edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy Book 4 noutbuku Geekbench testlərindən keçib
Samsung Galaxy Book 4 noutbuku Geekbench testlərindən keçib
Bir neçə saat bundan öncə biz məlumat verdik ki, Samsung şirkəti Galaxy Book 4 noutbuk seriyasının təqdimatına hazırlaşır.
Samsung Galaxy Book 4 noutbuklarını təqdim etməyə hazırlaşır
Samsung Galaxy Book 4 noutbuklarını təqdim etməyə hazırlaşır
Samsung şirkəti Galaxy Book 4 adlı yeni noutbuk seriyasının təqdimatına hazırlaşır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!