Logo
    main-post-cover

    Samsung Galaxy Book 5 Pro noutbuku təqdim edilib

    Cihazlar+
    12.12.2024
    Emil
         Samsung şirkəti Galaxy Book noutbuk seriyasının yeni modelini təqdim edib. Şirkətin bu yeni noutbuku Galaxy Book 5 Pro adlanır. Noutbuk iki versiyada təqdim edilib. Birinci versiya 14 düym ölçülü ekrana, ikinci versiya isə 16 düym ölçülü ekrana sahibdir. Hər iki versiyada söhbət, 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli Dynamic AMOLED 2X ekrandan gedir. Noutbuk Lunar Lake seriyasının Intel Core Ultra 200V prosessoru vasitəsilə çalışır.
         Noutbuk həmçinin özündə süni zəka ilə bağlı əməliyyatlar üçün nəzərdə tutulmuş 45 TOPS performanslı neyron çipini birləşdirir. Galaxy Book 5 Pro Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini,  HDMI 2.1, Thunderbolt 4, USB-A girişlərini, microSD girişini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi əldə edib. Şirkət bildirib ki, bu yeni noutbuk bir dəfə şarj olunandan sonra 25 saat ərzində çalışa bilir. Galaxy Book 5 Pro barəsində digər bir məlumat təqdim edilməyib. Məlumata əsasən noutbuk yanvar ayının əvəvlində satışa çıxacaq. Onun qiyməti isə daha sonra açıqlanacaq.
    Paylaş