
Samsung Galaxy Book 5 Pro noutbukunun bəzi texniki imkanları açıqlanıb
Cihazlar+
29.03.2024
Emil
İnsayderlər Samsung tərəfindən hazırlanan Galaxy Book 5 Pro noutbukunun bəzi texniki göstəriciləri barəsində məlumat veriblər. İnsayderlər bildiriblər ki, Galaxy Book 5 Pro noutbuku Intel Lunar Lake seriyasının 8 nüvəli prosessoru vasitəsilə çalışacaq. Noutbukda qrafik imkanlardan isə 7 GB-lıq VRAM-a sahib GPU Intel ARC cavabdeh olacaq. İnsayderlərin sözlərinə əsasən Galaxy Book 5 Pro həmçinin 16 GB RAM-ı əldə edəcək və onun bir dəfə şarj olunandan sonra çalışma müddəti MacBook səviyyəsində olacaq. Bu isə o deməkdir ki, Galaxy Book 5 Pro bir dəfə şarj olunandan sonra olduqca uzun müddət ərzində çalışa biləcək. Galaxy Book 5 noutbuk seriyasının nə zaman təqdim olunacağı barəsində məlumat verilməyib. Lakin bu, çox güman ki, ya bu ilin sonunda ya da gələn ilin əvvəlində baş tutacaq.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
